Müğənni Əli Mirəliyev xalq artisti Aygün Kazımovaya irad bildirib.
Unikal.org-un məlumatına görə, big.az-a danışan ifaçı A. Kazımovanın geyimlərini tənqid edib və narazıçılığını belə əsaslandırıb:
"Xalq artistlərimiz lüt soyunurlar. Bu böyük biabırçılıqdır. Məsələn, Aygün Kazımova ... Veriliş vaxtı Aygünün büstqalteri açıldı, sinəsi qaldı çöldə. O zaman ATV-də veriliş aparırdı. Gedin baxın görün mən elə belə deyirəm yoxsa düzünü deyirəm... Sən Aygün elə geyin ki, dözsün də sənə, nəyə lazım dar geymək. Nəyi göstərmək istəyirsiniz ? Sənət göstərin kifayətdir".
"Bəs Aygün xanımın sənətini bəyənirsinizmi" sualına Ə. Mirəliyev cavab verdi:
"Aygünün sənəti xoşuma gəlir. Səsi gözəldir. Mən ondan danışmadım ki... Geyimini bəyənmirəm, cavanlar baxır axı ... Sabah onlar da Aygün kimi geyinəcəklər"