Müğənni Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova türk aktyor Arif Selçukla ailə həyatı qurub.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada baş tutan toy mərasimində bəy və gəlinin yaxınları iştirak edib. Arif Selçuk "İki dövlət, bir millət prinsipini belə ifadə edib:
"Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizlərə çox bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun kürəkəni olmaqdan son dərəcə qürur duydum. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeyi çox sevdilər. Cavanşir bəy burada konsert də verməyi düşünür deyə, bildirib.
Qeyd edək ki, Arif Selçuk "Kırqın çiçekler", "Küçük gelin", "Kurtlar vadisi pusu", "Gecenin kraliçesi" kimi seriallarda rol alıb.