Fotoqraf Mario Testino məşhurların hamamxalatı ilə olan fotolayihəsini davam etdirir.

Unikal.org-un  xarici KİV-ə istinadən məlumatına görə, illərdir davam edən bu layihəyə aktrisa Penelopa Kruz da qoşulub. Ağ-qara foto həmin seriyanın 123-cü nümunəsi olub.

M.Testinonun aktrisa ilə işbirliyi ispan "Vogue" jurnalından başlayıb. Jurnalda Kruzun fotolarını çəkən Mario ona hamamxalatı ilə poz verən məşhurlar sırasına əlavə olunmaq üçün təklif edib.