Rusiyada vətəndaşlıq almaq istəyən məşhur italiyalı aktrisa Françeska Rivelli (Ornela Muti) Moskvada azərbaycanlının evinə qeydiyyata düşüb.

Unikal.org lent.az-a istinadən məlumatına görə, yerli orqanlar onu Moskva şəhəri Qolyanovo rayonunda yaşayan Kərimov Səfa Qərib oğluna məxsus mənzildə qeydiyyata alıblar.

Məlumata görə, Muti bu mənzildə bir müddət qeydiyyatda olacaq. Vətəndaşlıq aldıqdan sonra yaşayacağı ünvanda qeydiyyata düşəcək.

Xatırladaq ki, Muti məşhur italyan aktyor Adriano Çelentano ilə uzun illər sevgili olub.