Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Qorxma, mən səninləyəm - xüsusi qayğıya ehtiyacı olan gənclərə sosial dəstək layihəsi çərçivəsində hazırlanan videoçarxın təqdimatı keçirilib.

Unikal.org-un məlumatına görə, əhalinin həssas qruplarına istiqamətlənən və bununla bağlı cəmiyyətin hər bir üzvünə ünvanlanan çağırışı əks etdirən "Qorxma, mən səninləyəm - xüsusi qayğıya ehtiyacı olan gənclərə sosial dəstək layihəsi böyük maraqla qarşılanıb.

Layihə rəhbəri Şəhriyar Möhsümov bildirib ki, layihənin əsas məqsədi əhalinin həssas qrupu olan uşaq evlərində və internat məktəblərindəki gənclərə cəmiyyətin hər bir üzvünün fərdi dəstəyinin önəmini vurğulamaqla sosial mesajın verilməsidir.

Layihə xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı sosial məsuliyyət hissinin daha da gücləndirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində hazırlanan videoçarxın rejissoru Cavanşir Eladisoydur.