"Evgördü verilişi xalq artisti Flora Kərimovanın bağ evində qonaq olub.
Unikal.org xəbər verir ki, üçmərtəbəli ev Bakının Fatmayi kəndində yerləşir.
Villanı F.Kərimovaya oğlu alıb.
"Övlad və oğul payı hər zaman gözəl olur. Ev birmərtəbəli idi. İmkan oldu ikincisini tikdirdik. Qızım təkliyi sevir, onun üçün üçünücü mərtəbəsini tikdirdim.
Bu evi övladlarıma həsr etdim. Qızım İngiltərədə, oğlum isə Almaniyadadır. Hər şeyi onlar üçün edirəm- deyə xalq artisti bildirib.