Müğənni Samira Allahverdi son günlər geyim tərzində etdiyi dəyişikliklərlə diqqət çəkib.
Unikal.org-un məlumatına görə, axşam.az-a açıqlama verən sənətçi daha qlamur libaslardan istifadə etdiyini deyib:
"İnsanın hər yaş dövründə bir dəyişiklik olur. Mənim də bu yaşımda belə dəyişiklik oldu. Makiyajımı özüm edirəm, anadangəlmə saç rəngimə qayıtmışam. Madonna illərdir səhnədədir, amma heç vaxt öz stilini tapa bilmirdi. Son dövrlər qlamur olub, daha gözəl görünür.
Samirə dünya ulduzu Madonnanı bəyənmədiyini söyləyib:
"Madonnanı bir aktrisa və qlamur xanım kimi qəbul edirəm. Amma onu müğənni kimi qəbul etmirəm, bəyənmirəm. Mənim onun sənətindən öyrənəcəyim heç nə yoxdur. Bu fikirlərimə görə məni qınayacaqlar. Amma sənətdən başı çıxan bilir ki, Madonnanın səsi yoxdur, müğənni deyil. Rihannanı da bəyənmirəm.