"Hər şey daxil verilişində qonaq olan müğənni Mənzurə Musayeva əməliyyata hazırlaşdığını söyləyib.
Unikal.org-un məlumatına görə, sənətçi nəfəsalma probleminin olduğunu bildirib:
"Əməliyyata girmək böyük riskdir. Xəstəliklərimlə bağlı çox əməliyyata girmişəm. Bu yaxınlarda isə plastik əməliyyat etdirmişəm. İstəyirəm üzümdə əməliyyat etdirim, dodaqlarımı doldutdurum. Bir də nəfəs almağımda problem var. Əsas da buna görə əməliyyata girəcəm. Amma Həmin vaxt digər plastik müdaxilələri də etdirəcəm.