Böyük Britaniya və Amerika geofizikləri Yer kürəsinin dərin qatlarında konservləşdirilmiş nəhəng okeanı aşkar ediblər.
Unikal.org xəbər verir ki, suyun böyük həcmi planetin səthindən 400-600 kilometr dərinlikdədir və hidratlaşdırılan minerallarla konservləşdirilib.
Alimlər qeyd edirlər ki, Yer kürəsinin dərin qatlarında suyun mövcudluğu planetin geoloji fəallığı və iqlim dəyişikliklərində mühüm rol oynayır.
Həmçinin mart ayında Rusiya, Fransa və Almaniyadan olan geokimyaçılar yer səthinin 410-660 kilometr dərinliyində arxey dövrünün (2,7 milyard il) okeanını aşkar ediblər. Onun həcmi dünya okeanının ölçülərini dəfələrlə ötür. Alimlərin tədqiqatı "Nature jurnalında dərc edilib.publika.az