Türkiyənin tanınmış aktrisası Meral Konratla Azərbaycanın xalq artisti Fəxrəddin Manafov arasında yaranmış gərginlik davam edir.

Unikal.org-un məlumatına görə, M.Konrat Manafovu məhkəməyə verə biləcəyini də istisna etməyib. Aktrisa hesab edir ki, aktyorumuz onu "Təhminə-2" filminin çəkilməsi adıyla aldadıb Bakıya gətirib və o, Zülfiyyə Xanbabayevanın "Mənimsən" adlı mahnısının klipinə çəkilib.

Ölkə.az-ın əməkdaşı məsələ ilə bağlı Zülfiyyə Xanbabayevanın fikrini öyrənməyə cəhd edib. Sənətçi bu haqda danışmağı lazım bilməyib:

"Oy, oy, oy... O söhbətin üstündən nə qədər keçib. Artıq sözümü demişəm. Mənim heç bir şeydən xəbərim yoxdur".



"Təhminə"nin məhkəməyə vermək istədiyi Zülfiyyə DANIŞDI: "Oy, oy, oy ..."