"Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir".
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığı üzrə Daimi komitəsinin sessiyasında çıxış edən dövlət başçısı bildirib:
"Sabah Avropa Parlamentində Türkiyə ilə Aİ-yə daxil olmaq üzrə danışıqların dondurulması üçün səsvermə olacaq. Mən əvvəlcədən bəyan edirəm: bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə (səsvermə - red.) görə dayandırıla bilməz".