Çinin cənubunda "Üç ciyilti" adlı yemək çox məşhurdur.
Unikal.org Milli.az-a istinadən bildirir ki, yeni doğulmuş siçovul balalarını nimçəyə yığır, masaya qoyurlar. Sonra bu heyvanları souslara batırıb yeyirlər.
"Üç ciyilti" adının mənasını çinlilər belə izah edirlər: "Birinci ciyilti - siçovul balasını çöplərlə tutanda eşidilir. İkinci ciyilti o siçanı sousa batıranda olur. Üçüncü ciyilti isə o siçan balası dişlərinin arasında xırtıldamağa başlayanda eşidilir".
Çinlilər şəraba və ya duza qoyulmuş siçovul balalarını da delikates sayırlar.

