Məşhur amerikalı müğənni Anasteyşa Flaunt jurnalına müsahibə verib, çılpaq fotosessiyaya çəkilib.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, 48 yaşlı müğənni masteoktomiya əməliyyatlarından sonra ilk dəfə kamera qarşısına keçib. O, cərrahiyyə əməliyyatlarından sonra vücudunda qalan çapıqları göstərməkdən də çəkinməyib.
"Əvvəllər paparassilərin çəkdikləri fotolarımı görəndə sinirlənirdim. İndisə özümü tam normal hiss edirəm. Çünki bu çapıqlar mənim bir hissəmdir", - Anesteyşa deyib.