İran İslam Şurası Məclisi (parlament) narkotik maddələrin satışına görə tətbiq edilən ölüm hökmünün uzunmüddətli həbslə əvəz edilməsi haqqında qanunu qəbul edib.

Unikal.org yerli mətbuata istinadən xəbər verir ki, yeni qanunun qəbulundan sonra məhkəmələr həbs edilən narkotik tacirlərini asılmaqla deyil, 30 il müddətə azadlıqdan məhrum etməklə cəzalandıracaqlar.

Xatırladaq ki, ölüm hökmünün mövcudluğuna baxmayaraq narkotik maddələrin ticarəti ilə məşğul olanlara qarşı aparılan mübarizə o qədər də effektli olmayıb. Hər il minlərlə narkotik alverçisinin tutularaq asılmasına baxmayaraq bu ticarətlə məşğul olanlar azalmayıb. Lakin narkotik alverçilərinin asılması insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların etirazına səbəb olur. Onlar bu cinayətə görə ölüm hökmünə məhkum olunmanı əsas tutaraq İranda insan hüquqlarının pozulduğunu iddia edirlər.