MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir.
Unikal.org xəbər verir ki, bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir.
Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb - təqribən 12 dollar.
Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir.
Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.