Çində yaşlı bir pasient həkimlərini şoka salıb.
Unikal.org xəbər verir ki, qarın boşluğundakı ağrılarla xəstəxanaya çatdırılan 67 yaşlı şəxsi əməliyyat edən cərrah onun bədənini yardıqda gözlərinə inanmayıb.
Çinli təqaüdçünün həzm orqanından 22 iynə çıxıb. Əməliyyat zamanı məlum olub ki, iynələrdən ikisi əlçatmaz yerdə olduğundan və xəstənin həyatı üçün hər hansı təhlükə törətmədiyindən cərrah onu çıxartmaq fikrindən daşınıb.
Maraqlısı odur ki, 20-dən çox iynə bəlkə də illərdir ki, bu insanın mədəsində imiş və onların əksəriyyəti ərp bağlayıb.
Bu iynələrin əməliyyat olunan insanın mədəsinə necə düşdüyü, onun insan həyatı üçün təhlükəli olan bu metalı qəsdən udub-udmadığı isə qaranlıq olaraq qalır.