Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb.
Unikal.org Türkiyə mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında Bitlis bələdiyyəsinin binasına gələn polislər, orada axtarış aparıblar. Digər qrup isə bələdiyyə sədri Hüseyn Olanın evinə yollanıb. Evdə axtarış aparıldıqdan sonra Hüseyn Olan saxlanılıb.
Qeyd edək ki, bu gecə Türkiyənin Mardin vilayətinin Qızıltəpə bələdiyyəsində də əməliyyat keçirilib, polis bələdiyyə binasında axtarış aparıb.