"Təhminə ilə gec-gec görüşürəm
Unikal.org-un məlumatına görə, bunu aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist "Təhminə filminin "Spartakı Füzuli Hüseynov deyib. O, həmin filmdə rol alan Türkiyənin sevilən aktrisası Meral Konrat ilə yaxından dostluq etdiyini vurğulayıb:
"Meral gözəl aktrisadır. Onunla gec-gec, Bakıya gələndən-gələnə görüşürük. Sosial şəbəkədə isə tez-tez yazışıb, hal-əhval tuturuq. İndi də onunla birlikdəyik, televiziyada çıxışımız oldu. Meral Bakıya Türk filmlərinin təqdimat mərasimində iştirak etmək üçün gəlib.
"Meral Konrat olmasaydı Azərbaycandan hansısa aktrisa "Təhminəni bu qədər sevdirə bilərdimi? sualına F.Hüseynovun cavabı belə oldu:
"Bilmirəm, hər halda rejissorun peşəkarlığından çox şey asılıdır. Meral xanımla yenidən bir filmə çəkilmək istərdim, amma bu mənim istəyimlə deyil.