Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimova barədə yeni məlumatlar yayılıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov "BBC Uzbek"-in suallarını cavablandırıb. O, anasının öldürülməsi ilə bağlı yayılan xəbərləri dedi-qodu adlandırıb. İ.Kərimov bildirib ki, anası 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. 23 yaşlı İslam bacısının da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. Gənc oğlan onu da əlavə edib ki, özü hazırda Londondadır.
Xatırladaq ki, Özbəkistan mediası Gülnarə Kərimovanın noyabrın 5-i zəhərlənərək öldürüldüyünü və gizli şəkildə dəfn edildiyini yazmışdı