"Toylara getməyən müğənni üçün aparıcılıq etmək əslində çox yaxşıdır. Amma mənim üçün ilk əvvəllər çox çətin idi".
Unikal.org-un məlumatına görə, müğənni Xatun Əliyeva bu sözləri big.az- a açıqlamasında bildirib:
"Bilirsiniz necədir, mənim veriliş aparmaq kimi bir fikrim yox idi. Produserim Pənah sağ olsun. O, mənim 10 illik dostum olduğuna görə, pərdə arxası istedadımı çox görürdü. Təklif gəldi bizə, ona görə razılıq verdim. Aparıcılıq çox çətindir əslində. Tələbatlı müğənni olduğuma və mahnılarım tutduğuna görə çox yerlərdən dəvət gəlir".
Müğənnini tez-tez Moskvaya üz tutmasına da aydınlıq gətirib:
"Moskva toylarına başqaları gedir, biz ancaq dost məclislərinə gedirik".
Sənətçi parodiya istedadından da söz açıb:
"Kimlərsə mənə lağ edir, kimlərsə mənə irad tutur öz işləridir. Allah özü onların cəzasını versin. Şou-biznesdə bilirəm ki, məni çox istəmirlər, parodiyaya görə . Özümdən aslı deyil. Hər hansı bir adamla 5 dəqiqə oturum ,yanaşı onun hərəkətlərini götürəcəm".
Xatun müğənnilik ilə yox, parodiya ilə tutuzduranlara cavab verdi:
" Qoy desinlər, nə qədər insan varsa bir o qədər də zövq var. Bir dənə "Masal" mahnım var, özündən deyən müğənni istəyirəm çıxsın oxusun, əgər oxuya bilərsə. Parodiya eləməyim mənim tarixdə qalmağıma bir səbəbdir".
Müğənnidən yeni bir iddia da gəlir:
"Azərbaycan incəsənətində parodiyada 1-ci mənəm. İlk qadın parodist mənəm. Mən 1 il bundan qabaq gördüyüm işlərin indi bəhrəsini görürəm. Hətta Namiq Qaraçuxulu ilə meyxana da demişəm. Müğənni Nura Suri mənə deyir ki, səni toya tək çağırsalar sən özün aşı da gətirə bilərsən, meyxanada deyə bilərsən ,5 dənə müğənni də parodiya da edə bilərsən". (gülür-red)