"10dan sonra" verilişində qonaq olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar edib.
Unikal.org xəbər verir ki, sənətçi onu təkrarlamaq istəyənlərə də münasibət bildirib:
"Artıq alışmışam. Mənim yazılarım, geyimlərim, mahnılarım həmişə müzakirəyə səbəb olub. Mən buna elmi müzakirə deyərdim. Hamı məni təndiq edir, amma sonda məni anlayırlar. Hətta başlayırlar məni təkrarlayırlar. Bizim geyimlərimiz elə-belə deyil ki, onlardan tapsınlar. Hər zaman başqasına oxşamağa çalışsanızda, yaxşı olar ki, sonda özlərini tapsınlar. Mən deyərdim ki, bu anormal bir hərəkətdir. Mənim çarığımı geyinə bilərlər, amma yeriyişi gedə bilməz. Çox arzu edirəm ki, mənim də rəqiblərim olsun. Mən uşaqlıqdan belə olmuşam. Allah məni belə yaradıb, nə edim ?".