Fotoqraf Santa D.Oraçio yaradıcılığı haqqında kitab nəşr etdirib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, məşhurların fotolarını çəkmək üzrə ixtisaslaşan Santa onların heç zaman üzə çıxmayan fotolarını təqdim edib. Kitabda Haydi Klum, Klaudiya Şiffer, Keyt Moss, Eva Hersiqova, Ancelina Coli, Dryu Berrimor, Conni Depp və digərlərinin fotoları yer alıb. Ümumilikdə 105 görüntüdən ibarət olan kitabdakı fotolar "Polaroid"lə çəkilib.