Qarabağ müharibəsində vuruşmuş, "Bozqurd batalyonunun komandiri Nurəddin Xoca femida.az-a müsahibə verib.
Unikal.org bildirir ki, o, müğənni Aygün Kazımova ilə mətbuatda yayılan videosundan danışıb:
"Həmin video 1993-cü ildə Bakıda yerləşən "İstanbul restoranında çəkilib. Mən həbsxanadan təzə çıxmışdım. Uşaqlar qonaqlıq verirdilər. Aygün də orada müğənni kimi oxuyurdu. Elə oldu ki, bir yerdə rəqs etdik. O vaxt mən komandir deyildim. Həmin vaxt elə gizli videoları "KQB çəkirdi. Aygün Kazımovayla tanışlığımız müharibə illərində olub. Könüllü kimi o da bizim batalyona qoşulmuşdu. O mənim batalyonumda Qubadlıya, Zəngilana qədər gedib. Tibb bacısı olsa da, avtomatı da var idi. Atmağı da bacarırdı. Bunu hər kəs görüb. Aygünü də, məni də, digərlərini Aztv, Ans çəkib. İstəsələr, göstərərlər. Batalyonlarda qadınlar da olurdu. Bu təbii haldır".