"Secret Diary of a Call Girl" adlı serialda Hannah obrazını canlandırıan 34 yaşlı Billie Piper ehtiraslı rollarda çəkilməkdən bezdiyini bildirib.
Unikal.org-un məlumatına görə, o, gələn təkliflərin çoxunun açıq-saçıq olduğunu bildikdən sonra çoxundan imtina edib. Aktrisa bir dəfə fahişə obrazını canlandırdığı üçün prodüserlərin də ona belə rollar göndərməsindən yorulub:
"Əslində həmin rollardan bəzi ehtiraslı səhnələr çıxarılsa, heç bir şey dəyişməyəcək. Daha əyləncəli olacaq. Maraqlı qadın obrazlar var. Təklif edilən obrazların ən azı bir çılpaq səhnəsi var. Seks səhnələrindən bezmişəm".