Türkiyədə Seda Seyanın sevgilisi, "Erco musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özen arasında böyük qalmaqal yaşanıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Sinan 7 il sonra "Bambaşka adlı albom çıxarıb.
Albomda "Dur gitme adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadəninn ifa etdiyi "Yaxşı oların plagiatıdır.
S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.
Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.
O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:
"Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını "Ay balam adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan "Erco adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək.
Məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlanılıb.
Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:
"Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ bir müddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki, Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görür.