"ARB TVdə yayımlanan "Evgördü verilişinin qonağı olan xalq artisti Flora Kərimova xaricdə yaşayan övladlarından danışıb.
Unikal.org-un məlumatına görə, müğənni nəvələrinin ondan uzaqda böyüdüyünü deyib. Kövrələn ifaçı bildirib ki, həsrət çəkir:
"Oğlum Almaniya, qızım isə İngiltərədə yaşayır. Oğlumun yanına 1 dəfə getmişəm. Qızım isə artıq 9 ildir oradadır, heç yanına getməmişəm. Çox darıxıram, nəvələrim mənsiz böyüyür. Övladlarım mənsiz yaşlanır. Hər gün telefon vasitəsilə onlarla əlaqə saxlayıram. Ürəyimdə bir övlad, bir də torpağımın niskili var.