Türkiyəli aktrisa Meral Konrat artıq bir neçə gündür Bakıdadır.
Unikal.org-un məlumatına görə, aktrisa "Təhminə filmində tərəf müqabili olduğu əməkdar artist, "Spartak obrazının canlandıran Fizuli Hüseynovla bir araya gəlib. Onlar birlikdə İTV-də yayımlanan "Yeni gün verilişinə qonaq olublar. F.Hüseynov filmin çəkilişləri zamanı Meral Konratla heç bir araya gəlmədiklərini deyib:
"Filmin çəkilişləri zamanı biz üz-üzə gəlməmişik. Bunu sirr saxlayırdıq. Bu sirri filmin rejissor köməkçisi bilirdi. İndi də məndən soruşurlar ki, dostsunuz? Mənim nə vaxt istəyim olsa, Meral xanım məni qırmaz. Filmdəki Spartak kimi hər zaman onun yanındayam.
M.Konrat bildirib ki, aktyora hər zaman öz yox, filmdəki "Spartak adı ilə müraciət edir:
"Rəhmətli Rasim Ocaqovun istəyi belə idi. Birlikdə səhnəmiz yoxdursa, aktyorla görüşmürük. Bu normal haldır. Spartakla 3 il əvvəl Bakıya gələndə bir verilişdə tanış olmuşam. O vaxtdan münasibətimiz davam edir.