Aşıq Samirə Əliyeva təxirə düşən solo konsertindən danışıb.
Unikal.org-un məlumatına görə, ifaçı "Solo+ verilişində bildirib ki, layihəsi üçün sponsor tapmayıb:
"Alınmadı, dəstək olmadılar. Lazım gəlsə, öz gücümə edəcəm. O layihə üçün yeri gəlsə, evimi satacam. Konsertdə heç vaxt olmayan bir tərzdə ifalar təqdim edəcəm. Heç olmayan sintezlər göstərəcəm. Şou nümayiş etdirmək niyyətində deyiləm. Qoy o konsertdə sənətdən danışılsın. Geyimim, başqa hərəkətim müzakirə olunmasın.