Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyət əlehinə etiraz aksiyalarına başlamağa çağırıb.
Unikal.org xəbər verir ki, Mixail Saakaşvili Ukrayna xalqına çağırışı öz "Facebook hesabından edib:
"Mən Ukraynanın gələcəyinə biganə olmayan hər kəsi 27 noyabr tarixində hakimiyyətə "qırmızı vərəqə göstərmək üçün meydanlara dəvət edirəm. Bu iki il göstərdi ki, "Maydannın heç bir tələbi yerinə yetirilmədi. Oğurluq, rüşvət, korrupsiya hələ də davam edir. Biz yeni seçkilər tələb edirik.
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olub. O, səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış ölkəsini tərk edib, bir müddət ABŞ-da, daha sonra Ukraynada yaşayıb. 2015-ci ildə Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edərək Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2016-cı ilin 7 noyabr tarixində tutduğu vəzifədən istefa verərək, Ukrayna hakimiyyətinə qarşı mübarizəyə qoşulub.