Bir müddət əvvəl ayrıldığı deyilən cütlük Ketti Peri və Orlando Blum Şükran bayramında bir araya gəliblər.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, bununla da cütlük yayılmış ayrılıq xəbərinin yanlış olduğunu sübut ediblər.

Bayramda Ketti və onun ailəsi ilə birgə olan Orlando müxtəlif yeməklər hazırlayıb, doyunca əyləniblər. Peri İnstaqram səhifəsində bununla bağlı fotolar paylaşaraq, gözəl bir gün keçirdiklərini vurğulayıb.