Monika Belluççi İtaliyada doğulsa da, fransız kinosunda xidmətləri olub.

Unikal.org xəbər verir ki, məhz bu səbəbdən 52 yaşlı aktrisa Fransa prezidenti Fransua Olland tərəfindən mükafatlandırılıb.

Prezident ona nüfuzlu Legion ordenini şəxsən təqdim edib. Monika Yelisey sarayında keçirilən mərasimdən fotoları İnstaqram-da paylaşıb.