Vyanada OPEC-in kartelinə daxil olmayan ölkələrlə nəzərdə tutulan görüş baş tutmayacaq.
Noyabrın 28- ə təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.
Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirdiyi qeyri-formal görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlinib. Bununla bağlı yekun qərarın noyabrın 30-da, təşkilata üzv ölkələrin Vyanada keçiriləcək görüşündə verilməsi gözlənilir.