Müğənni Xuraman Şuşalı dəhşətli video paylaşaraq Allahdan günhalarının bağışlanmasını istəyib.

Unikal.org-un məlumatına görə,  müğənni "İnstagram səhifəsində dünya ulduzlarının reklam etdikləri xəzlərin hansı dəhşətli heyvan qətlləri nəticəsində başa gəldiyini nümayiş etdirən görüntülər paylaşıb. Müğənni and-aman edərək, bundan sonra xəz almayacağını yazıb.

"Ay Allah, insanlıq ölüb. O qədər heyvanı zülmlə öldürüb, dərisini soyurlar. Biz də külli miqdarda pul verib xəz alırıq. Vay, vay böyük günaha batırıq. Allah hidayət etsin. Daha heç vaxt almaram. Nə də xəzi reklam edərəm. Allah məni bağışlasın.