3 aylıq bir körpəyə təcavüz edən gənc qorxudan intihar edib.
Unikal.org xəbər verir ki, İngiltərədə dəhşətli və iyrənc olay baş verib. 3 aylıq körpəyə təcavüz edən və bu anları lentə alan 31 yaşlı Ceyms Kinq həbsxanada intihar edib. Belə ki, təcavüzkar lentə almış həmin görüntüləri cinayət ortağı olduğu dəstəylə bölüşərək həbsxanadakı digər məhkumların onu təhdid etdiyi səbəbilə intihar edib.
Rəsmi istintaqdan sonra məhbus olduğu Bristol həbsxanasında ölü tapılan Kinq 3 aylıq körpəyə təcavüz etmək və görüntülərini qeyd etməkdən 24 il həbs cəzası almışdı. Adını Robin Hollyson olaraq dəyişdirən şeytan ruhlu Kinq həbsxanadakı digər məhbusların onu şəkər və isti suyla yandırmağı, ya da hörmətini yerlə bir etməyi anlayandan sonra intihar edib.
Kinqin anası Deborah Wyatt oğlunun bir məhkumun da şəkər və isti su ilə işgəncə edilməsinə şahid olduğunu və bunu yaşamaqdansa, intihar etmiş olduğunu düşündüyünü deyib. Wyattın oxuduqlarına görə, vücudunu şəkərlə örtüb isti suya buraxılacağını, şəkərin yanıcı təsiri çox ciddi yanıqlar əmələ gələcəyini anlayan Kinq asılmış vəziyyətdə tapılıb və xəstəxanada dünyasını dəyişib. Kinq pedofil dəstəsinin üzvü olmaqla ittiham edilirdi. Kinqin işinə baxan hakim, pedofil cinayətkarı ağıl və məntiqdən uzaq, anlaşılmaz bir şeytani pozğun kimi səciyyələndirmişdi. Hakim Kinqin ən dəhşətli və iyrənc işlərdən birini etdiyini söyləmişdi.
Təcavüzkar şəxs intiharından 4 gün əvvəl başqa bir məhbusun şəkər və isti su ilə öldürüldüyünü eşidəndə depressiyaya girib və növbənin ona gəlib çatdığını düşünmüşdü. Kinq cəmiyyətdən də təcrid olunmuşdu. Ölümündən bir müddət əvvəl çöldəki yaxın dostundan məktub almış, yoldaşının onunla artıq görüşmək istəmədiyini və bütün əlaqələrini kəsmək istədiyini öyrənmişdi.cebhe.info