Müğənni Sərdar Ortac və həyat yoldaşı Xoe Louqnanın evliliyində problemlər bitmir.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, bir agentlik ilə müqavilə bağlayıb ABŞ-a gedən Xloe İstanbula qayıtmaq istəmir. S.Ortac da ABŞ-a gedərək onu geri qaytarmağa razı salmaq istəsədə də, faydası olmayıb. Müğənni Türkiyəyə tək qayıdıb.
Qeyd edək ki, Xloe Sərdara "Türkiyədə karyera qura bilmirəm. ABŞ-a köçək ya da evliliyimiz bitir" demişdi. Lakin müğənni deyilənləri təkzib etmişdi.