İsveçdə naməlum şəxslər paytaxt Stokholmda yerləşən məscidə ziyan vurublar.

Unikal.org "Alfonbladetə istinadən xəbər verir ki, bu barədə Stokholm polisi məlumat yayıb.

Məlumatına görə, məscidin fasadına svastika çəkilib və irqçi çağırışlar yazılıb. Binanın içərisinə isə fişəngə atılıb.

Nəşr bildirir ki, hadisə səhər saatlarında baş verib. Bu zaman məsciddə bir nəfər olub.

Polis məscidin fasadına müsəlmanları qətlə yetirin çağırışının yazıldığını da bildirib.

Faktla bağlı araşdırma aparılır.