İranda bir ailənin dörd üzvi dəm qazından ölüb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə İranın Qum şəhərində baş verib.

İranın Qum əyalətinin Yanğınsöndürmə İdarəsinin məlumatına görə, Qum şəhərinin Şeyx Abad bölgəsində bir evdə ailənin bütün üzvləri dəm qazından həyatını itirib.

Ölənlər ailənin başçısı, xanımı və iki azyaşlı uşağıdır. Onların cəsədi ekspertiza üçün Behişt Məsumə ekspertiza mərkəzinə təhvil verilib.