İran dövlət dəmir yolları idarəsinin baş direktoru Möhsün Purseyd Ağayi istefa verib.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuatın yazdığına görə, istefaya noyabrın 25-də İranın Seman vilayətində baş verən agır qatar qəzası səbəb olub.

Xatırladaq ki, qəza nəticəsində 45 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb. İranın hüquq mühafizə orqanları hadisəni araşdırmağa başlayıblar. Artıq üç nəfər məsul şəxsin həbs edildiyi bildirilir.

İstefasının səbəbini açıqlayan M.P.Ağayi bəyan edib ki, dəmir yolunda baş verən hadisədə o da məsuliyyət daşıyır və insan tələfatı ilə nəticələnən qəzadan sonra vəzifədə qala bilməz. Baş direktor bildirib ki, istefa ərizəsini yollar və şəhərsalma naziri Abbas Axundiyə verib və nazir ərizəni qəbul edib.