Türkiyədə yol polisinin keçirdiyi reydə məşhur müğənni və onun aktrisa xanımı da düşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda polis Murad Dalkılıç və arvadı Mervə Boluğurun maşınını saxlayıb. Alkotest vasitəsilə onların sərxoş olub-olmaması yoxlanılıb.
Amma cütlüyün qanında alkoqol aşkar edilməyib.