Rusiyanın İjevsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın 4 min kvadratmetr ərazini əhatə edib.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ticarət mərkəzinin damı qismən uçub. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Yanğının səbəbi hələlik məlum deyil.