Şəhər statusu almaq üçün sakinlərinin sayı ən azı 250 - 300 min nəfər olmalıdır.
Unikal.org xəbər verir ki, yer üzündəki şəhərlər ümumilikdə quru sahəsinin 1 faizini tutur. Hazırda dünyanın ən böyük şəhəri statusu Mexikoya məxsusdur. Onun əhalisinin sayı 20 milyona yaxınlaşır. Reytinq siyahısında ikinci yeri Şanxay tutur. Bu şəhərdə 19 milyon nəfər yaşayır. Üçüncü ən böyük şəhər isə Kəraçi sayılır - 18milyon nəfər.
Qeyd edək ki, bu şəhər əhalisinin sayına görə dünyanın ən böyük şəhəri adını qazanıb. Lakin ərazisinə görə dünyanın ən böyük şəhəri Çinin Xulun-Buir şəhəri sayılır. Onun ərazisi 263,9 min kvadratkilometrdir. İkinci yerdə Altamira 159.695 min kvadratkilometr, 3-cü yerdə isə Kalqurli-Boulder (95.575 kvadratkilometr) dayanır.