Avstriyanın paytaxtı Vyanada naməlum şəxslər qaçqın düşərgəsinin ərazisinə "Molotov kokteyli atıb.
Unikal.org Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.
Polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, 2016-cı ildə qonşu Almaniyada qaçqın sığınacaqlarının yandırılması ilə bağlı 63 cinayət faktı qeydə alınıb.