Şimali Koreyada Fidel Kastronun ölümü ilə bağlı üç günlük matəm elan edilib.
Unikal.org apa-ya istinadən verdiyi xəbərə görə, Şimali Koreya Əmək partiyası, Ali Xalq Məclisi və nazirlər kabinetinin qərarına əsasən noyabrın 28-dən 30-dək ölkədə əyləncəli tədbirlər təxirə salınacaq, bayraqlar endiriləcək.
Noyabrın 27-də Şimali Koreya lideri Kim Çen In Kuba rəhbərliyinə başsağlığı teleqramı göndərib.
Qeyd edək ki, bundan əvvəl Əlcəzair, Nikaraqua, Venesuela və Uruqvayda Fidel Kastronun ölümü ilə bağlı matəm elan edilib.