Müğənni Hadisə dünən Bakırköy Bələdiyyəsinin Respublika Meydanında təşkil etdiyi "təməl atma mərasimi"ndə konsert verib.
Unikal.org xəbər verir ki, tikiləcək xidmət binası və mədəniyyət mərkəzləri üçün təşkil edilən mərasimdə CHP Ümumi Başçısı Kamal Kılıçdaroğlu da qatılıb.
Pulsuz konsertdə dərin dekolteli qara bir paltarla səhnəyə çıxan Hadisə tamaşaçıları geyimi ilə mat qoyub. "Mənə açıq-saçıq geyimimə görə bu havada üşüyərsən dedilər. Amma mən bilirəm ki sizin coşkunuz hesabına istilənəcəm və mən üşüməyəcəm" deyərək heyranları qarşısında çıxış edib.
Səhnədə 1,5 saat oxuyan, oynayan Hadisə şousunda rəqqaslardan heç də geridə qalmayıb.