"Xəzər maqazinverilişində rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, sənətçi bildirib ki, həmkarları onun işinə mane olmaq istəyir:
"Xına məclislərinin dekorasiyası ilə bağlı bir şəkil çəkdirib "İnstaqram"a qoyuram, səhər baxıram ki, eynisini başqa tanınmış edib. Özünüzə məxsus nəsə edin. Mənim işimi qısqanırlar. Hətta haqqımda deyiblər ki, "görəsən, hansı falçının yanına gedir işi əladır". Çörəyimə çox bais olurlar.
F.Fətəliyeva qızı Aydandan və keçmiş həyat yoldaşından danışıb. Rəqqasə bildirib ki, övladına elçi gələnlər çoxdur:
"Başımı itirmişəm, çox yorulmuşam. Hərdən deyirəm ki, kənara çəkilib, ancaq rəqslə məşğul olacam. Güzgüyə baxanda düşünürəm ki, "Hanı o göyçək Fatimə?...Qızım Aydanın həm atası, həm anasıyam. Hər şeyi Allahın öhdəsinə buraxmışam. Qızıma elçilər gəlir, amma istəmirəm. Universiteti bitirsin, ondan sonra ailə haqda düşünər. Ən böyük arzum qızımı bir ailənin kübar xanımı görmək və nənə olmaqdır. Keçmiş ərimi qızımın toyuna buraxacam. Kinli insan deyiləm.