"Göyçay" kiçik su elektrik stansiyasında (KSES) cari ilin 10 ayı ərzində 3,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda bildirirlir.
2016-cı ilin oktyabr ayında isə "Göyçay" KSES-də 94 min kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Cari ilin 10 ayında da stansiyada elektrik enerji istehsalının digər texniki göstəricilərində yüksək nəticələr əldə edilib.

Bu ilin son üç ayı ərzində stansiyada qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib.

Ümumi gücü 3,1 MVt olan bu elektrik stansiyası 2015-ci ildə istismara verilmiş və 3 ədəd hidroaqreqatdan ibarətdir.