Saakaşvilinin prezidentlik uğrunda mübarizəyə başlayacağı təsdiqləndi
Bir müddət öncə Odessa qubernatorluğundan istefa verərək Yeni Qüvvələr Hərəkatı yaradan Saakaşvilinin prezidentlik uğrunda mübarizəyə başlayacağı barədə məlumat vermişdik.
«Unikal» qəzetinin yazdığı xəbərdən sonra bir sıra Ukrayna media qurumlarında da analoji xəbərlər yer almağa başladı. Dünən Saakaşvilinin Kiyevin mərkəzində keçirdiyi ilk mitinq də buna əyani sübutdur.
Məlumat üçün bildirək ki, mitinq "Hazırkı Radanın son qışı şüarı ilə baş tutub. Saakaşvili Ukrayna parlamentinə növbədənkənar seçkilər tələb edib və özünün yeni siyasi proqramını açıqlayıb. Beləliklə «Unikal»ın xəbərinin səhihliyi bir daha təsdiqlənib.