Əməkdar artist Almaz Ələsgərli modelyer Rüfət İsmayılovun onun geyimi haqda dediyi tənqidi fikirlərə "ATV maqazin onlarla" verilişində cavab verib.
Unikal.org-un məlumatına görə, modelyer müğənni haqda "Bədəninə uyğun olmayan libaslar geyinir sözlərinə əhəmiyyət verməyərək qızlarının zövqü ilə geyindiyini bildirib.
"Mənə belə xoşdur. İrad tutsunlar da, mən beləyəm. İki gözəl balam var, onlar mənə məsləhət verirlər. Çox da zövqlüdürlər. Qızlarım nəyin yaraşıb, nəyin yaraşmadığını deyirlər. Mənə onların fikri vacibdir".
Müğənni artıq çəkidən xilas olmaq istəmədiyini də söyləyib:
"Bəzən deyirlər ki, bir az arıqla. Heç arıqlamaq da istəmirəm. Bundan sonra necə varamsa, elə də qalacam".