Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov Rusiya-Türkiyə strateji planlaşdırma qrupunun iclasında iştirak edəcək.

Sergey Lavrov, həmçinin Türkiyənin baş naziri Binəli Yıldırım ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, həmçinin Suriya problemi müzakirə olunacaq.