Noyabrın 28-dək ölkə üzrə pambıq tədarükü 78 min 210,5 ton təşkil edib. Bu isə 2015-ci il noyabrın 30-dək olan göstərici ilə müqayisədə 2,3 dəfə çoxdur (34 min 296 ton).

Dövlət Statistika Komitəsindən unikal.org-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 10858,2 ton "ağ qızıl yığıblar. Biləsuvarda 9730,9 ton, İmişlidə 8931,3 ton, Ağcabədidə 7861,2 ton, Beyləqanda 6946 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.